Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-14 09:36:00
Respublika  olimpiadalarının fənlər üzrə proqramı –Veriləcək suallar,istiqamətlər

Dünən ölkənin bütün şəhər və rayonlarında məktəblilərin respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçirilib.­­

AzEdu.az xəbər verir ki, bilik yarışının ilkin mərhələsində bu il təxminən 35 min şagirdin iştirakı nəzərdə tutulub. Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

Riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçiriləcək olimpiadalarda IX, X və XI sinif şagirdləri biliklərini sınayıblar. Elm yarışında xüsusi istedada malik VIII sinif şagirdlərinin də iştirakına icazə verilib.

Respublika fənn olimpiadaları 3 mərhələdən: Rayon, Respublika mrhələsininn yarımfinal və final turundan ibarətdir. AzEdu.az olimpiada iştirakçılarına növbəti mərhələlərdə kömək məqsədilə müsabiqənin fənlər üzrə proqramını təqdim edir.

Qeyd edək ki, proqramda müsabiqə zamanı müvafiq fənlər üzrə verilə biləcək suallar, istiqamətlər dərc edilib.

https://drive.google.com/file/d/15dFtFDEwJh6KF2UyNDimTFjir52KcYtK/view

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları