Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-07 15:36:00
 BDU-da bəzi imahanlar test üsulu ilə keçiriləcək

Bakı Dövlət Universitetində (BDU) 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

AzEdu.az xəbər verir ki, mövcud qanunvericiliyin və Azərbaycan Respublikası Təhsil nazirinin 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı müvafiq əmrinin tələbləri nəzərə alınmaqla, bütün texniki-təşkilati işlər yüksək səviyyədə başa çatdırılıb.

Semestr ərzində tədris olunan bütün fənlər üzrə akademik biliklərin qiymətləndirilməsi prosesinin şəffaf və obyektiv qaydada keçirilməsi üçün hazırlıq işləri yekunlaşıb, tələbələrin dərsliklər və dərs vəsaitləri ilə təmin olunması üçün lazımi şərait yaradılıb, imtahan üçün ayrılmış auditoriyalar texniki təchizatla təmin edilib.

 Həmçinin imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. İmtahanlar bir qayda olaraq yazılı formada, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə şifahi-dialoq və test formasında keçiriləcəkdir. İmtahanlarla bağlı yarana biləcək istənilən məsələ ilə bağlı müvafiq olaraq Qərargaha, “Qaynar xətt”-ə, elektron poçt və bütün tədris korpuslarındakı rəy qutuları vasitəsilə göndərilən bütün müraciətlərə operativ qaydada baxılacaqdır. Sessiya dövründə Universitetin İctimai Nəzarət və Məsləhət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günləri təşkil ediləcəkdir.

Qeyd edək ki, BDU-nun Qazax filialında da imtahanlar eyni qaydada keçiriləcəkdir. 2020-ci il yanvarın 7-dən 31-dək keçiriləcək sessiya imtahanlarında üzürlü və üzürsüz səbəblərdən iştirak etmədiklərinə görə akademik borcu yaranmış tələbələr (magistrantlar) 2020-ci il fevral ayının 3-dən 7-dək həmin fənlərdən imtahan verə biləcəklər.

Ayşə MÜSEYİB