Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-07 11:22:00
Qəbul  imtahanı  verəcək  şəxslərə əla xəbər – Bu  ildən  etibarən... 

 

Nazirlər Kabineti “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən edilən dəyişiklik rezident olmaq istəyənlərdə xeyli suallar  yaradıb. Onları maraqlandıran əsas məqamlardan biri də bu il aşağı kursdaykən imtahan vermələrinin mümkünlüyü ilə bağlıdır.

Sual:

Bu il Azərbaycan Tibb Universitetinin III kursunda təhsil alan tələbələr rezidenturaya qəbul imtahanında iştirak edə bilərlər?

Cavab.

AzEdu.az xəbər verir ki, dəyişiklər 2020-2021-ci tədris ilindən qüvvəyə minir. Yəni, 2020-2021-ci tədris ilində təhsil alacaq, bu il rezidenturaya qəbul olunacaq şəxslər yeni qaydalarla imtahan verəcəklər.

Bundan əlavə, dəyişiklərə əsasən, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Yəni, ali təhsil müəssisəsinin  IV, V və VI kursunda təhsil alanlar bu il rezidenturaya qəbul müsabiqəsinin I mərhələsində iştirak edə bilərlər. III kurs tələbələri yalnız kursu tam başa vurduqdan sonra imtahan verə bilərlər.

Dəyişikliklərə görə, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanların nəticələri 5 il qüvvədə qalır. Yəni, onlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar.

Qeyd edək ki, müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılır. Hazırda rezidenturaya qəbul olmaq üçün I mərhələdə 100 baldan 40 bal toplamaq lazımdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları