Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-06 16:18:00
“MATH Academy”-dən fərqli formatda test kitabçaları – Azərbaycanda ilk -FOTOLAR  

 

“MATH Academy” tədris mərkəzi  tək Azərbaycanda  deyil, Özbəkistan, İran, Türkiyə və bir çox ölkələrdə fərqli adlarla fəaliyyət göstərir. Əsas sloqanı “Study First Academy”-dir.

Mərkəzin fəaliyyəti fərqli ölkələrdə ortaq riyaziyyat tədrisi üzərində qurulub. Xidmətləri  təhsilə yönəlik istiqamətdədir. Əsas ağırlıq isə YÖS,ALES,İELTS və SAT hazırlığı üzrədir.

 AzEdu.az xəbər verir ki, tədris mərkəzi Azərbaycanda ilk sayılacaq materiallarını, fərqli formatda hazırlanan  yeni  test kitablarını abituriyentlərin istifadəsinə verib.

Qeyd edək ki, bu testlər yeni imtahan modelinə uyğun şəkildə tərtib edilib. Onlar türk imtahan formatına uyğun “yaprak testleri”dir.

Yeni test kitabları  riyaziyyat, məntiq və həndəsə proqramı  üzrə tərtib edilib. Burada hər mövzu üzrə 20 test tapşırığı verilib. Bu testlər imtahana hazırlaşmaq üçün nəzərdə tutulub və digər imtahana hazırlıq testlərindən fərqli olaraq “yaprak” formatındadır.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları