https://www.zirve.edu.az/
06.01.2020 16:03
Azərbaycanlı tələbələr üçün dünya miqyasında fürsət - Möhtəşəm təqaüd proqramı

Dünya Təqaüd Proqramı tərəfindən 2020-ci il payız semestri üçün azərbaycanlı tələbələrə təqaüd proqramı elan edilir.

Abituriyentlər akademik göstəriciləri, gələcək hədəfləri və maliyyə ehtiyacları əsasında seçilir. Təqaüd proqramının əsas məqsədi öz səyi ilə xaricdə təhsil almağa çalışan parlaq azərbaycanlı tələbələri həvəsləndirmək və mükafatlandırmaqdır.

Təqaüd Proqramı üçün son tarix 2020-ci il 31 martdır. Müraciət edən şəxslər aşağıdakı tələbləri ödəməlidir

  1. Azərbaycan vətəndaşlığı olan şəxslər;
  2. Akademik göstəricilərin transkripti;
  3. Xarici dil biliyini göstərən sənəd;
  4. İş təcrübəsini göstərən sənəd (əgər varsa);
  5. Motivasiya məktubu;
  6. Xaricdə ən reytinqli universitetlərdən birinə bakalavr və ya magistr səviyyəsi üçün qəbulu təsdiq edən sənəd.

 

Qaliblərin seçilməsi

Təqaüd Seçim Şurası tərəfindən  qəbul edilən müraciətlər arasında ən uyğun namizədlər seçiləcək. Potensial qaliblər elektron poçt vasitəsilə məlumatlandırılacaq.

Bütün potensial qaliblər sponsorlar tərəfindən təsdiq olunur.

İştirakçı uyğunluq təsdiq olunana kimi qalib hesab olunmur. Müraciət edənlərə aprel ayının sonunadək məlumat göndəriləcək.

Bundan əlavə, təqaüd üçün seçilən potensial qaliblərdən  aşağıdakılar tələb olunur

  1. Məktəb məsləhətçisindən məktub
  2. Aşağı gəliri təsdiqləyən sənəd
  3. Seçim müsahibəsində iştirak

Mükafatlar

Bu il seçilən şəxslər 1500 avro təqaüdlə mükafatlandırılacaq. İllik maliyyə dəstəyi almaq üçün  tələbələrin ortalaması 3.0 və ya daha artıq olmalıdır.

Təqaüdün ödənilməsi

Təqaüdlər avqustun əvvəlində hissə ilə ödənilir.

Təqüd proqramına müraciət ütmək üçün aşağıdakı müraciət forumunu doldurun  və sənədlərinizin surətini 31 mart tarixinə qədər “Dünya təqüd proqramına müraciət edən azərbaycanlılar” başlığı ilə [email protected] eloktron poçt ünvanına göndərin

Turan OSMANLI