Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-06 11:27:00
NASA-nın peyki itdi

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) 2017-ci ilin aprel ayında günəş sistemimiz xaricindəki planetləri araşdırmağa köməkçi olmaq üçün kosmosa göndərdiyi “ASTERIA” peykinin dünyadakı operatorlarla əlaqəsini itirdiyini deyib.
AzEdu.az
 xəbər verir ki, NASA kosmosla yenidən əlaqə qurmaq üçün çalışmalara başladığını açıqlayıb.
“ASTERIA CubeSat” bir ulduzdan həssas işıq məlumatlarını alıb, bu məlumatlarla yaxındakı bir neçə ulduzu müşahidə etmə qabiliyyətinə malikdir. Bu sayədə ulduz parlaqlıqlarındakı dəyişiklikləri təsbit edib, peyk və ulduz arasında orbitdə fırlanan və işığa maneə törədərən xarici planetləri təsbit edə bilir.
Sonuncu dəfə 2019-cu il 5 dekabr tarixində “ASTERIA” peyki ilə əlaqə qurulub.

Nasa Mart ayına qədər əlaqə qurmaq üçün cəhdlər edəcəyini bildirib.