https://www.zirve.edu.az/
02.01.2020 10:11
Aerokosmik texnika üçün keramika yaradıldı
Çap et

Rusiyanın Uzaqşərq Federal Universiteti, Ukraynanın Milli Elmlər Akademiyasının Monokristallar İnstitutunun və ÇXR-nın Şanxay Keramika İnstitutunun alimləri aerokosmik texnikada da istifadə oluna biləcək nanokompozit keramika işləyib hazırlayıblar.

RİA “Novosti” bildirir ki, bu barədə Uzaqşərq Federal Universiteti məlumat verir.

Qeyd edilir ki, nanokompozit keramika ittrium və maqnezium oksidindən əldə edilib.

 “Material müasir yüksək texnologiyalı istehsalatlar, xüsusilə aerokosmik texnikanın infraqırmızı sistemlərinin qoruyucu pəncərələrinin yaradılması üçün aktualdır... Yeni keramika “şahmat” strukturuna malikdir ... O, dalğa uzunluğu 6000 nm-ə qədər olan infraqırmızı diapazonda işığın 70%-dən çoxunu buraxır”, - deyə məlumatda bildirilir.

Keramikanın strukturu onun yüksək hərarətə davamlılıq, istilikkeçiricilik,  möhkəmlik və s. bu kimi  yüksək istilik-fiziki və mexaniki xüsusiyyətlərini təmin edir.

Alimlərin sözlərinə əsasən, belə bir strukturun keramik nanokompozitləri cəmi bir neçə ildir ki, dalğa uzunluğunun infraqırmızı diapazonunda işləmək üçün perspektivli materiallar kimi bütün dünyada fəal şəkildə öyrənilir.