Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-05 17:25:00
Diaqnostik qiymətləndirmənin  nəticələri maaşa təsir edəcək?-Rəsmi cavab

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi müsabiqəsinin nəticələri əmək haqqına təsir edəcək?

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil TV-nin “Həftənin sualı” verilişinin bugünkü buraxılışında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib.

Bildirilib ki, məktəb psixoloqlarının diaqnostik  qiymətləndirilməsi zamanı psixoloqun topladığı imtahan balının əmək haqqına təsir edib-etməyəcəyi ilə bağlı hələki dəqiq məlumat yoxdur. Lakin əvvəlki illərdə ixtisas müəllimləri üçün keçirilən diaqnostik qiymətləndirmə müsabiqəsinin nəticələri müəllimlərin əmək haqqlarına təsir edir və maaşlar ixtisas balına görə hesablanır.

Məlumata əsasən, məsələ ilə bağlı yekun qərar verildikdə ictimaiyyətə bu barədə məlumat veriləcək.

Qeyd edək ki, məktəb psixoloqlarının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi müsabiqəsinin imtahan mərhələsinin 20-30 dekabr tarixlərində, Azərbaycan Dövlət İqtisad Universitetinin Gənclik korpusunda keçirilməsi planlaşdırılır.