Mərdəkanın altmərkəz kimi nəzərdə tutulması tamamilə zəruridir. Sadəcə, oranın gələcəkdə yaşayış tikintisi üçün zona kimi müəyyən edilməsi bir qədər təhlükə yaradır. Hamımız bilirik ki, Mərdəkan istirahət zonasıdır.
AzEdu.az-ın məlumatına görə, bunu Bakı şəhərinin Baş Planı üzrə yanaşmaların müzakirəsində Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova bildirib.
Onun sözlərinə görə, Mərdəkan məhz istirahət zonası kimi qalmalıdır: "Mərdəkanın turizmin inkişafı, yaşıllıq, istirahət yeri kimi çox böyük potensialı var. Ona görə bu məsələyə bir daha baxılmasını xahiş edirik. Səsləndirdiyim fikirlər təkcə mənim yox, həm də universitetimizin bir sıra mütəxəssislərinin fikridir".