Azedu.az

II kurs tələbəsi qəzada öldü - Foto    

Ali təhsil

26 Noyabr 2019, 12:18
II kurs tələbəsi qəzada öldü - Foto    

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi yol qəzasında vəfat edib. 

AzEdu.az  xəbər verir ki, hadisə noyabrın 24-də saat 23 radələrində Səbail rayonu ərazisində baş verib. 

Bakı şəhər sakini Anar Musayev idarə etdiyi “Mercedes” markalı avtomobili elektrik dirəyinə vurub. O, idarəetməni itirdiyindən nəqliyyat vasitəsi qarşıdan gələn A.Şirəliyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobilə dəyib. 

Nəticədə A.Musayev hadisə yerində ölüb.

Mərhum Anar Musayev sözügedən universitetin İnşaat fakültəsinin II kurs tələbəsi olub. 

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Vəfat edən tələbənin fotosunu Azərbaycan Universitetləri səhifəsi paylaşıb:

 

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox