Dağıstan Dövlət Universitetinə Azərbaycandan qəbul olan tələbələrin sayı çoxdur.
Bu barədə universitetin rektoru Murtazali Rabadanov TASS-a müsahibəsində bildirib.
O, bu məsələyə xüsusi diqqət ayrıldığını vurğulayıb.
Qeyd edək ki, 2024-cü ilə qədər Rusiyada “Elm” milli layihəsi çərçivəsində ən azı 15 dünya səviyyəli elm və tədris mərkəzləri yaradılmalıdır. DDU-nun da belə mərkəzlərdən birinin yaradılmasında iştirak etmək planları var.
Hazırda təhsil müəssisəsi Qafqaz-Xəzər bölgəsinin qlobal inkişafına dair elm və təhsil mərkəzinin yaradılması üçün sənədlər hazırlayır. (Oxu.az)