Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-24 13:23:00
Ekspert doktorantura təhsilinin maliyyələşdirilməsinin əhəmiyyətini şərh edir

Təhsil eksperti Etibar Əliyev deyir ki, xaricdəki nüfuzlu universitetlərdə Azərbaycan vətəndaşlarının doktorantura təhsilinin maliyyələşdirilməsi ölkəmizdə insan kapitalının inkişafına təsir göstərəcək

“Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri müəyyənləşib. Buna uyğun olaraq yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək”. AzEdu.az xəbər verir ki bu barədə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli bildirib.

Təhsil eksperti Etibar Əliyev Sputnik Azərbaycan-a deyir ki, doktorantura təhsili ilə bağlı görülən işlər olduqca əhəmiyyətlidir: “Xaricdəki nüfuzlu universitetlərdə Azərbaycan vətəndaşlarının doktorantura təhsilinin maliyyələşdirilməsi ölkəmizdə insan kapitalının inkişafına təsir göstərəcək. Bu gün Azərbaycanda elmin müxtəlif sahələri üzrə alimlərə ehtiyac var. Bizim hazırkı elm sistemimiz bu tələbatı ödəyə bilmir. Yeni təcrübə və müasir elmin  istiqamətləri üzrə doktorantların yetişməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır”.