Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-22 12:07:00
Builki qəbul imtahanlarında nə kimi güzəştlər olacaq? – Rəsmi cavab

2020-ci ildə təşkil olunacaq qəbul imtahanlarının dəqiq tarixləri hələ müəyyən olunmayıb.

Redaksiyamıza ən çox daxil olan suallardan biri imtahanda hansı kateqoriyadan olan abituriyentlərə güzəştlərin edilməsiylə bağlıdır. Abituriyentlər buraxılış və ya qəbul imtahanlarında hər hansı güzəştin nəzərdə tutulub-tutulmamasıyla bağlı çoxsaylı suallar ünvanlayırlar.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, hər bir abituriyent ali təhsil müəssisəsinə qəbul olmaq üçün DİM tərəfindən keçirilən qəbul imtahanlarında ümumi qaydada iştirak edərək müsabiqədə müvəffəqiyyət qazanmalıdır. Müsabiqə zamanı heç bir digər amil nəzərə alınmır.

Xatırladaq ki, yalnız fiziki məhdudiyyətli şəxslər üçün qəbul imtahanlarında iştirakın təmin edilməsi məqsədilə Mərkəz tərəfindən əlverişli şərait yaradılır. I qrup gözdən əlilliyi olan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti hər mərhələdə 1 saat artırılır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları