Azedu.az

Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır

Ali təhsil

22 Noyabr 2019, 09:14
Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin son durumu açıqlanıb.

Səhiyyə Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızının vəziyyəti ağır stabil kimi qiymətləndirilir.

Onların müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

Xatırladaq ki, hadisə zamanı bir nəfərin ölməsi, iki nəfərin isə zəhərlənməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox