Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-20 16:54:12
“Professor-müəllim heyətindən 163 nəfər BDU-nun məzunudur”

Azərbaycan Texniki Universitetində (AzTU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, yubiley tədbiri BDU-nun 50 illiyi münasibətilə yazılan “Tələbəlik illəri” mahnısının səsləndirilməsi ilə başlayıb.

 AzTU-nun rektoru, professor Vilayət Vəliyev BDU-nun keçdiyi tarixi yol barədə məlumat verərək, ali məktəbin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan da danışıb. 

 BDU-nun böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetirdiyini deyən V.Vəliyev bu ali təhsil ocağının ən böyük məzununun ulu öndər Heydər Əliyev olduğunu xüsusi vurğulayıb:”Ümummilli lider Heydər Əliyev bu ali təhsil ocağının rolunu və əhəmiyyətini yüksək qiymətləndirib, BDU-nu Azərbaycan xalqının milli sərvəti adlandırıb”.

 Rektor qeyd edib ki, özü də BDU-nun məzunudur və  AzTU-nun professor-müəllim heyətindən 163 nəfər  də müxtəlif vaxtlarda məhz bu ali məktəbi bitirib.  

 BDU-nun rektoru Elçin Babayev 100 illik şərəfli yoldan danışıb,bildirib ki, universitetin 100 illik yubileyinin Parisdə qeyd olunması Azərbaycan təhsilinə və elminə göstərilən böyük diqqətdir.

 Tədbir bədii hissə ilə davam edib.

(Azərbaycan müəllimi)