Azedu.az

Gəncədə tələbə dəm qazından zəhərlənib  

Ali təhsil

18 Noyabr 2019, 15:04
Gəncədə tələbə dəm qazından zəhərlənib  

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki,  hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

Belə ki, Qəbələ rayon sakini, 2000-ci il təvəllüdlü Rəsulov Müzəffər Əlikram oğlu vana otağında dəm qazından zəhərlənib. Yaralı dərhal xəstəxanaya yerləşdilib. Xəstəyə tibbi yardım göstərilib.Onun vəziyyətinin kafi olduğu bildirilir.

 Qeyd edək ki, 19 yaşlı M. Rəsulov Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir.

Fakla bağlı araşdırma aparılır. (Apa)

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox