Azedu.az

Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsinə təsdiqləndi - SƏRƏNCAM

23 Oktyabr 2019, 17:10
Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsinə təsdiqləndi - SƏRƏNCAM

Prezident İlham Əliyev isə Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

AzEdu.az xəbər verir ki, Sərəncamda qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilsin.

Qeyd edək ki, ötən gün AMEA-nın keçmiş prezidenti, 85 yaşlı Akif Əlizadə ölkə başçısının pensiya yaşına çatmış məmurlara çağırışını nəzərə alaraq, istefa verib.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox