Azedu.az

UNEC-də təkrar ali təhsil almaq üçün sənəd qəbulunun müddəti uzadılıb  

Ali təhsil

9 Sentyabr 2019, 13:22
UNEC-də təkrar ali təhsil almaq üçün sənəd qəbulunun müddəti uzadılıb  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019/2020-ci tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulunun müddəti noyabrın 1-dək uzadılıb.

UNEC-dən AzEdu.az-a bildirilib ki, iyirmi ixtisas üzrə aparılan təkrar ali təhsil iqtisadyönümlü ixtisaslarla yanaşı, texniki və texnoloji ixtisasları da əhatə edir. İxtisaslara qəbul olunmaq istəyənlər tələb edilən sənədləri elektron qaydada //www.kabinet.unec.edu.az e-mail ünvanına göndərdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.

Rusiya şəhərləri bombalanır - Yaralılar var
Son xəbərlərDaha çox