“UNEC-100” İnkişaf Strategiyasının məqsədlərindən biri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) daha çevik və yüksək səmərəliliyə malik idarəetmə sisteminə sahib olmasıdır.
UNEC-dən AzEdu.az-a bildirilib ki, strateji idarəetmənin tam şəkildə tətbiqi, insan-informasiya resursları və maliyyənin idarə edilməsində səmərəliliyi davamlı yüksəltmək, universitet idarəetmə strukturunu optimallaşdırmaq əsas hədəflər kimi müəyyənləşdirilib.