“UNEC-100” İnkişaf Strategiyasının məqsədlərindən biri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlmiləl universitetə çevrilməsidir.
UNEC-dən AzEdu.az-a bildirilib ki, beynəlmiləl universitetə çevrilmək və beynəlmiləlləşməni daha da genişləndirmək məqsədilə UNEC-də əcnəbi təhsilalanların payının artırılması, beynəlxalq mübadilə proqramlarında daha çox tələbə, müəllim və inzibati heyətin iştirakının təmin edilməsi, beynəlxalq ikili diplom, o cümlədən ingilis dilində təhsil proqramlarının sayının davamlı artırılması hədəflənib.
Qeyd edək ki, “UNEC-100” İnkişaf Strategiyasının 2030-cu ilə qədər reallaşdırılacaq.