2018-2019-cu tədris ilində Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyi 94 şagird bitirib, onlardan 92-si nüfuzlu universitetlərə qəbul olunub.
Bu barədə AzEdu-a liseydən məlumat verilib. Bildirilib ki, məzunlardan 16 nəfəri ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 600-dən, 5 nəfəri isə 650-dən çox bal toplayıb. Onlardan 6-sı xarici ölkələrin, o cümlədən Türkiyə universitetlərində təhsil alacaq.
Xatırladaq ki, bu il liseyin məzunlarından 4-ü qızıl, 5-i isə gümüş medalla təltif edilib.