“Plan yerlərinin böyük əksəriyyəti tutulacaq”
Bu sözlər təhsil üzrə ekspert Elçin Əfəndiyə aiddir.
AzEdu.az xəbər verir ki, universitetlərdə plan yerləri barədə danışan Ekçin Əfəndi boş qalan yerlərin az olacağını bildirib:
“Bu il ali məktəblərə plan yerlərinin böyük əksəriyyəti tutulacaq, boş qalan yerlər az olacaq.
I ixtisas qrupu üzrə 1500, II ixtisas qrupunda 500, III ixtisas qrupunda 7000, IV ixtisas qrupunda 600, V ixtisas qrupunda isə, 200-ə qədər abituriyent ali məktəbə qəbul ola bilməyəcək.
İxtisas qruplarında planyerləri III, IV, II, I, V qrup ardıcıllığı ilə dolacaq
Verdiyim heç bir proqnoz məni yanıltmadı.
Ekstrasens deyiləm. Nostradamusla da qohumluğum olmasa da, bu işi dərinliyinə kimi bilirəm”.
Rəna NƏBİ