Cari ildə 247 tələbə və məzun SOCAR-ın müəssisələrində təcrübə keçəcək.
AzEdu.az xəbər verir ki, şirkət tələbələrin yay tətilinin səmərəli təşkili və istehsalatda təcrübə qazanması üçün 2010-cu ildən Ödənişli Yay Təcrübəsi Proqramını həyata keçirir.
Bu il seçim mərhələsindən keçən 247 tələbə və məzun SOCAR-ın müəssisələrində 2 ay təcrübə keçəcək. Daxili Təqaüd Proqramının 50 nəfər qalibi də ödənişli istehsalat təcrübəsinə qoşulub. (AZƏRTAC)