Azedu.az

Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - Bakıda qeyri-adi təqdimat - VİDEO

Ali təhsil

Maraqlı

10 İyul 2019, 08:57
Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - Bakıda qeyri-adi təqdimat - VİDEO

Bakı Ali Neft Məktəbinin (BANM) növbəti “Məzun günü” keçirilib. 

AzEdu.az xəbər verir ki, üçüncü dəfə keçirilən “Məzun günü”ndə SOCAR rəhbərliyinin nümayəndələri, BANM-ın rektoru Elmar Qasımov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Ali Məktəbin professor-müəllim heyəti, ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin rektorları, transmilli şirkətlərin rəhbər və təmsilçiləri, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin nümayəndələri, məzunlar, onların valideynləri və qonaqlar iştirak ediblər. 

“Məzun günü”ndə maraqlı anlar yaşanıb.

Sözügedən təhsil ocağının məzunu Şaiq Məmişov rektor Elmar Qasımovdan diplomunu qeyri-adi formada alıb.

O, səhnəyə çıxan zaman oynamağı ilə diqqət çəkib. 

Elmar Qasımov məzunun bu addımını təbəssümlə qarşılayıb.

Ərdoğanın partiyasında təmizləmə əməliyyatı - Saxlanılanlar var
Son xəbərlərDaha çox