Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-13 13:08:13
Tələbələr Yanardağa baxmaq üçün 1 manat ÖDƏYƏCƏKLƏR  

Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda xarici turistlər üçün giriş haqqı dəyişdiriləcək".

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Yanardağ qoruğuna mediatur zamanı jurnalistlərə deyib.

O bildirib ki, dəyişiklik avqustun 1-dən qüvvəyə minəcək.

"Əcnəbi turistlər üçün Yanardağa giriş haqqı 9 manat təşkil edəcək. Yerli turistlər üçün isə qiymətlərdə dəyişiklik olmayacaq, yenə də 2 manata Yanardağı ziyarət edə biləcəklər".

O bildirib ki, müəyyən sosial təbəqələr var ki, onlar üçün endirimli qiymət olacaq.

"Tələbələr üçün qiymət 1 manat, məktəblilər üçün isə pulsuz olacaq".

Agentlik sədri bildirib ki, əcnəbi turistlər üçün qiymət artımı olsa da, buraya turist səfəri təşkil etməyi nəzərdə tutan və bununla bağlı uzunmüddətli müqaviləsi olan turizm şirkətləri üçün köhnə qiymətlər tətbiq ediləcək.