Azedu.az

4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılıb öldü

Hadisə

3 Avqust 2026, 11:26
4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılıb öldü

Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2022-ci il təvəllüdlü İbrahim Kənan oğlu Qafarlı yaşadığı binanın 13-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən ehtiyatsızlıqdan yıxılaraq həyatını itirib.

Faktla bağlı araşdırma Xətai Rayon Prokurorluğu tərəfindən aparılır.
 

İranda ŞOK GÖRÜNTÜLƏR - Ermənistan bayraqları qaldırıldı
Son xəbərlərDaha çox