Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-30 12:01:01
Hətta ABŞ-da da əmək bazarında xaricdə oxuyanlara üstünlük verilir”- Təəccübləndirici fakt  

"Xaricdə təhsil almış Amerika vətəndaşlarının 97%-i ölkəyə qayıdandan 6-12 ay sonra işlə təmin oluna bilirlər"

Azedu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin mətbuat nümayəndələri üçün keçirilən bugünkü təlimində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib.

Bildirilib ki, ABŞ-da yerli universitetlərdə təhsil alan vətəndaşların cəmi 47%-i işlə təmin oluna bilirlər. Yəni, hətta inkişaf etmiş Amerikanın əmək bazarında belə xaricdə təhsil almış şəxslərə üstünlük verilir. Qısacası, xaricdə təhsil bütün dövrlər üçün nüfuzlu məsələdir. Bu, yeni müstəqillik əldə etmiş dövlət üçün deyil, həmçinin, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr üçün də keçərlidir.