Azərbaycan Milli Elmlər akademiyasının prezidenti akademik Akif Əlizadənin sərəncamı ilə müəssisədə yeni təyinat olub.
Bu barədə AzEdu.az-a AMEA-dan məlumat verilib. Bilrilib ki, Akif Əlizadənin may 2019-cu il tarixli sərəncamına əsasən, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) rəhbərinin müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, S.Süleymanov daha öncə SETM-ın 1 nömrəli elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışırdı.