Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-21 16:50:00
Azərbaycanda Elm Muzeyi yaradılsınmı? – “Bu, çox vacibdir” - Fazil Mustafa  

Azərbaycanda bir çox muzeylər fəaliyyət göstərir.İnsanlar müxtəlif zamanlarında bu yerləri ziyarət etməklə dünyagörüşlərini artırırlar.Lakin ölkəmizdə vacib sahə olan elmə aid   heç bir muzey mövcud deyil.

Ümumiyyətlə,  Elm Muzeyinin yarandılmasına bu gün nə dərəcədə zəruri ehtiyac var? Onun varlığı bizdə elmə olan münasibətin daha da yaxşılaşmasına səbəb ola bilərmi?

Millət vəkili Fazil Mustafa da  AzEdu.az-a açıqlamasında ölkəmizdə çoxlu muzeylərin olduğunu, lakin Elm Muzeyinin mövcud olmadığını deyib:

“Mədəniyyət, sənət, aqrar, ədəbiyyat sahələrinə aid  muzeylər var və onlar bu gün əhaliyə xidmət etməkdədir

Məsələn, Kənd Təsərrüfatı Muzeyi fəaliyyət göstərir  ki, burada müxtəlif məhsullar nümayişi həyata keçirilir. Bizdə əksər sahələrə aid  muzeylər var ki, onların hamısı irsimizin  qorunmasına yardımçı olan amillərdir. Bu minvalla, Elm Muzeyinin də  yaradılması vacibdir.

Belə bir təşəbbüs mənəvi istiqamətdə xeyir verə bilər. Bu muzey intellektual baxımdan insanların milli-mənəvi, elmi irsə yönəlməsindəyardımçı olar”.

Millər vəkili Fəzail İbrahimli  belə mütərəqqi təşəbbüsü hörmətləqarşıladığını qeyd edib:

“Elm Muzeyi yaradılsa, itirəcəyimiz deyil, əksinə,qazanacağımız tərəflər olacaq. Bu təşəbbüs  Azərbaycan elminin bütün dünyaya və insanlara çatdırılmasında böyük rol oynaya bilər.

Buraya gələn insanlar Azərbaycan elminin uğurları, onun yolunda atılan addımlar ilə tanış ola bilərlər. Bu, təhsil və elm  sahəsində çalışanlara  üçün çox yaxşı addımdır və onların maariflənməsinə yaxından köməklik edə bilər.

Xaricdən gələn qonaqların, turistlərin buraya dəvət olunması Azərbaycan elminin inkişafında böyük rol oynayacaqdır.

Hazırda belə bir təşəbbüs yoxdur.Lakin elm və təhsillə məşğul olan insanlar bunun üzərində düşünməli və Elm Muzeyinin yaradılması barədə tədbirlər həyata keçirməlidirlər”.

Şükufə Süleymanlı