Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-17 11:06:11
Ötən tədris ilində nə qədər Bakı məktəblisi attestat ala bilməyib? – Faizlər  

2017-ci ildə Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrini 20.094 şagird bitirib. Onların 19.734 nəfəri buraxılış imtahanında iştirak edib və 16.246 şagird hər üç fənn üzrə müvəffəq qiymət alıb.  

AzEdu.az xəbər verir ki, bu göstəricilər Dövlət İmtahan Mərkəzinin 2017-2018-ci il üzrə tələbə qəbulu və buraxılış imtahanlarının elmi-statistik təhlilinin yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd olunub.

Bakı şəhəri üzrə  məzunların buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta bal 19.76, Riyaziyyat fənnindən 17.86, xarici dil (kimya) fənnindən 18.07, hər üç fənn üzrə birlikdə  55.68-ə bərabərdir.

Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 15.27%, 12.66%, 24.28%, 17.16%  yuxarıdır.

Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların7.61%-i“2”;

27.56%-i “3”;

37.15%-i “4”;

27.68%-i “5”;

Riyaziyyat fənni üzrə 9.83%-i “2”;

33.21%-i “3”;

34.30%-i “4”;

22.67%-i “5”;

Xarici dil (kimya) fənni üzrə isə 10.38%-i “2”;

29.69%-i “3”;

32.82%-i “4”;

27.11%-i “5” qiyməti alıb.

Ümumilikdə, 19859 nəfər attestat alıb. Attestat alanların 81.75%-i (16234 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında,  43.54%-i (8646 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak edib.

Xatırladaq ki, 2019-cu ildən etibarən buraxılış və qəbul imtahanları kurikulum standartları əsasında təşkil olunur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları