Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-15 13:32:02
Buraxılış imtahanından maksimum bal toplayan xanım: “Bunu hamı edə bilərdi, amma...”  

“Dinləmə mətnləri ilə bağlı narazılıq edən şagirdlər yəqin ki, imtahana yetəri səviyyədə hazırlaşmayıblar. Dərslərinə yaxşı hazırlaşan hər kəs bu nəticəni göstərə bilərdi. Gələcəkdə hədəfim 700 bal toplamaq  və Bakı Ali Neft Məktəbinə qəbul olunmaqdır”

Bu sözləri IX sinif buraxılış imtahanında maksimum bal (90 bal) toplayan Sumqayıt şəhər 24 saylı orta məktəbin IX sinif şagirdi Yasəmən Məmmədova AzEdu.az-a açıqlaması zamanı deyib. Onun sözlərinə görə, yeni qaydalarla keçirilən buraxılış imtahanına əlavə olunan suallar o qədər də çətin olmayıb:

“İmtahana əvvəldən hazırlaşdığım üçün çətinlik çəkmədim. Müəllimlərim yeni tipli sualları çox işlədirdi. Azərbaycan dili müəlliməm yeni qaydalara uyğun mətnlər və digər suallardan tapşırıqlar verirdi. Riyaziyyatdan açıq tipli, xüsusilə də situasiya tipli suallara çox zaman ayırırdıq. İngilis dilindən isə mütəmadi olaraq listening(dinləmə) və mətnlər üzərində çalışırdıq”.

Yasəmən Məmmədova qeyd edir ki, imtahanda bu il tətbiq olunan dinləmə mətnləri çox sadə olub:

“Dinləmə mətnləri ilə bağlı narazılıq edən şagirdlər yəqin ki, imtahana yetəri səviyyədəhazırlaşmayıblar. Dərslərinə yaxşı hazırlaşan hər kəs bu nəticəni göstərə bilərdi. Gələcəkdə hədəfim 700 bal toplamaq  və Bakı Ali Neft Məktəbinə daxil olmaqdır. Gələcək ixtisasımın  isə neft mühəndisliyi olmasını istəyirəm”.

Yasəmən Məmmədova “Sabahın alimləri” və Respublika fənn olimpiadalarında finala qədər yüksəlib. İştirak etdiyi sınaq imtahanlarında 650-dən yuxarı bal toplayıb.

Qeyd edək ki, IX siniflər üzrə buraxılış imtahanlarının ikinci mərhələsi iyun ayında keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları