Azedu.az

Beynəlxalq İnnovasiyalar Yarışının təqdimatı keçirilib

Universitetlər

13 Aprel 2018, 13:56
Beynəlxalq İnnovasiyalar Yarışının təqdimatı keçirilib

Aprelin 13-də Azərbaycan Texniki Universitetində (AzTU) Beynəlxalq İnnovasiyalar Yarışının- ActInSpace layihəsinin təqdimatı keçirilib.

Təqdimatda AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov əvvəlcə ActInSpaceFransız Kosmik Agentliyinin (CNES) təşəbbüsü ilə həyata keçirilən və 5 qitədə  60-dan çox şəhəri birləşdirən beynəlxalq innovasiya müsabiqəsi haqqında qısa məlumat verib. Prorektor qeyd edib ki, ActInSpace- dünya miqyasında sahibkarları, tələbələri və yaradıcı insanları bir araya gətirən beynəlxalq layihədir. Sübhan Namazov bildirib ki, tələbələrin belə layihələrdə iştirakı onların gələcək elmi işlərinə, karyeralarına böyük təkan olacaq.

Daha sonra UFAZ-ın nümayəndəsi Elsanə Babaşova  layihənin qayda və şərtləri  haqqında ətraflı məlumat verib və bildirib ki, 25-26 may tarixlərində Azərbaycan-Fransız Universitetində istedadlı gənclərin potensialının üzə çıxarılması məqsədilə keçiriləcək Startup ideyalar yarışında ideyaları olan gənclər iştirak edəcək. Burada qalib gələn ideyalar beynəlxalq finala vəsiqə qazanacaq. Elsanə Babaşova  təqdimatında ideyaların əsasən kosmik tədqiqatlarla əlaqəli olmasını xüsusilə vurğulayıb. Yarışda ideyaları olan gənclər qrup şəklində təmsil olunacaqlar. Hər qrupda 5 iştirakçı olacaq.

Təqdimatdan sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.

download (1).jpg

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox