![](https://azedu.az/uploads/news/2018/04/piano.jpg)
Son zamanlar şagirdlərin incəsənət yönümlü təhsilə, tədris müəssisələrinə marağında azalma müşahidə olunur.
Bəzən də bu profilli tədris müəssisələrinə maraq göstərənlər arasında ciddi gender bərabərsizliyi də diqqətdən qaçmır. Xüsusilə də musiqi məktəblərində “Fortepiano” üzrə təhsil alanların əksəriyyəti qızlardır. Mütəxəssislər hesab edir ki, bu sahəyə marağın azalmasının əsas səbəbi əməkhaqqının azlığı və peşəkar kadrların olmamasıdır. Bu isə gələcəkdə incəsənətə marağın daha da azalacağı isə istisna olunmur.
Azərbaycan Dövlət Filarmoniyasının solisti Nərgiz Əliyeva AzEdu.az-a açıqlamasında bildirib ki, Azərbaycanda pianino sahəsində müəllim işi çox zəifdir: “Uşaqlarda pianinoya həvəs var, hətta deyərdim, öyrənmək istəyən kifayət qədər çoxdur. Sadəcə, müəllimlər uşaqlarda mütləq həvəs yaratmalıdırlar. Bizdə müəllimlər 2 kitab götürüb, yalnız ondan istifadə edirlər. Halbuki, internetdə xeyli sayda gözəl əsər var. Mən tələbələrimə o əsərlərlə dərs keçirəm. Xaricdə olanda da maraqlı kitablar alıram.
Hər peşənin özünə görə çətinliyi var, amma pianoçu olmaq ikiqat çətindir. Gərək, hər gün yorulmadan öz üzərində işləyəsən. Qızım da pianoçudur, 5-6 ildir, bu sahə ilə məşğuldur. Lakin sırf çətin sənət olduğuna görə, onun pianoçu olmağını istəmirəm”.
Nərgiz Əliyevanın sözləriylə desək, bu sənətin peşəkarı olmaq üçün ömrünü qurban verməlisən: “Mənim tələblərim musiqiçilər deyil, neftçilər, həkimlər, polislərdir. Onlar da çox həvəslə məşğul olurlar. Öyrənmək üçün arxamca qaçırlar. Sənətin çətinliyinə görə hər adam bu sənətə dözə bilmir. Maaş məsələsində isə deyilənləri doğru hesab etmirəm. Əgər işinin peşəkarısansa, bu sənətdə yaxşı pul qazanmaq mümkündür”.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)