Azedu.az

Şagirdlər üçün xüsusi haker məktəbi yaradıldı

Məktəblər

Maraqlı

12 Aprel 2018, 14:00
Şagirdlər üçün xüsusi haker məktəbi yaradıldı

Ankara Çankaya BİLSEMDE “ağ şlyapalı haker” adlı layihəyə start verilib.

AzEDU.az xarici mediaya istinadən xəbər verir ki, layihə çərçivəsində on iki uşaq  pulsuz, robot texnikası, kodlaşdırma, kiber təhlükəsizlik kimi mövzularda təhsil ala biləcək.

Layihənin pedoqoqlarından biri Sayqın Özgür Öztunc burada şagirdlərin hakerliyi yalnız xoş məqsədlər üçün istifadə edəcəyini bildirib:

“İşə qırx şagird ilə başlamışdıq. Onların içərisində fəallığı ilə seçilən şagirdlər hələ də dərslərə davam edirlər. Artıq bir ailə olmuşuq.  Uşaqların yaşının az olmasına baxmayaraq böyük uğurlara imza atmışıq”.

9-cu sinif şagirdi Yigit Çolakoğlu önəmli layihələrlə tarixə düşəcəklərinə inandığını bildirib:“Əvvəl mərkəzə üç kompüterlə gəlirdim. Süni intellekt, üz tanıma və veb dizayn üzrə təkmilləşmək istəyirəm. Müəllim və şagirdlərlə bir-birimizə dəstək oluruq”.

Lamiyə Süleymanlı

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox