Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-11 07:51:11
Türk professor NATO-nun nüfuzlu mükafatını qazandı

NATO-nun Elm və Texnologiya Təşkilatının Komitəsinin iclasında 2018-ci ilin “Von Karman Medal”ı türkiyəli professor  Dr. Hüseyin Nafiz Ələmdaroğluna verilib.

AzEDU.az xarici KİV-lərə istinadən xəbər verir ki, mükafat Atom Universiteti Mülki Aviasiya Akademiyasının professoru, Dr. Ələmdaroğluna sentyabr ayında Böyük Britaniyada keçiriləcək mərasimdə təqdim ediləcək. O, bu mükafata layiq görülən ilk türk alimidir.

Qeyd edək ki, Ələmdaroğlu ilk ali təhsilini Orta Şərq Texniki Universitetində (ODTÜ) maşınqayırma fakültəsində alıb. Məzun olduqdan sonra təhsilini Fransa universitetlərində davam etdirən Ələmdaroğlu 2015-ci ilə qədər ODTÜ-də  pedoqoji fəaliyyətini də davam etdirib. O, həmçinin Brüsseldə “Von Karman” İnstitutunun Elmi Məsləhət Şurasının sədridir.

Nəzrin Cavid