Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-02 16:50:00
“Xarici ölkə universitetlərinə yalnız attestatla qəbul  aradan qaldırılmalıdır” - Deputatdan təklif  

Bu sözləri AzEdu.az-a millət vəkili Tahir Kərimli bildirib. Onun sözlərinə görə, xarici ölkələrin universitetlərinə yalnız attestatla oxuyanlar Azərbaycan təhsilinə heçnə qazandıra bilməz:

“Dərsliklərdə təkamül nəzəriyyəsini qanuni olaraq qəbul edirik. Sovet sistemi təkamül nəticəsində yarandığımızı bildirir. Amma yeni sistem isə  Adəm və Həvvadan yarandığımızı söyləyir. Yəni bu ziddiyyət bütün təhsil sistemimizə təsir edir. Çox  təəssüf ki, imkanı olan valideynlər hərbi xidmətdən yayınma məqsədi ilə  övladlarını xarici ölkələrə təhsil almaq üçün göndərirlər.  Bundan əlavə,  Türkiyə, Gürcüstan universitetlərində attestatla-imtahansız qəbul aparılır. Azərbaycanlı gənclər də yalnız attestatla həmin ölkələrdə təhsil alır. Nəticədə isə savadsız gənclər  xarici ölkələrin universitetlərində qiyabi, əyani olaraq  təhsil alır. Ümumiyyətlə, xarici ölkələrinin universitetlərinə yalnız attestatla qəbul sistemi aradan qaldırılmalıdır. Onu da bildirim ki, bu doğrudanda  ciddi məsələdir”.

Tahir Kərimli xarici ölkələrin universitetlərinə yalnız attestatla qəbulun fəsadlarını da bildirib:

“Əslində, gənclərin bacarığına qiymət verib, dəyərləndirmək lazımdır. Müəyyən qanunlarda şərtlər var ki, hər hansı vəzifəni  seçdikdə müvafiq ixtisas üzrə diplom  olmalıdır. Yəni, bu məhdudiyyət qalmaqla  gənclərin istedadına fikir verilməlidr. Düşünürəm ki, ilk növbədə ürək və vicdanla seçim etmək lazımdır.

Ümumiyyətlə, heç kim xaricdə təhsil adı ilə hərbi xidmətdən yayınmalı deyil. Eyni zamanda, hər bir Azərbaycan oğlu hərbi xidmətdən keçməlidir. Çünki, vətən qarşısında hamı eynidir.

 Xarici ölkələrin universitetlərində attestatla-imtahansız təhsil almağın fəsadları çoxdur. Fəsadları ondan ibarətdir ki, orta məktəbdən yaxşı  qiymət uğrunda saxta proseslər gedir. Yəni hər kəs  istəyir ki, yüksək attestat nəticəsi ilə xaricdə təhsil  alsın. Məhz ona görə  də, şagirdlər attestat qiymətlərinin yaxşı yazılmasını istəyir.Ümumiyyətlə,  savadsız insanlar ölkəmizi mənfur istiqamətdə təmsil edir.  Xarici ölkələrin universitetlərində yalnız attestatla  oxuyanlar  təhsilimizi məhv edir.  Həmçinin, savadsız gənclər həyatımızı da məhvə doğru sürükləyir.

“Xarici ölkələrinin universitetlərində yalnız attestla qəbul mümkündür” bildirən xaricdə təhsil şirkətlərinin heç birinin ürəyi Azərbaycan vətəndaşına yanmır.  Xarici ölkələrdə attestatla-imtahansız təhsil, onlar üçün yalnız pul qazanmaq vasitəsidir.  Çünki, onlar fikirləşir ki, nəyin hesabına olursa-olsun pul qazansınlar. Yəni, bəzi xaricdə təhsil şirkətləri  kimlərinsə bədbəxt və şikəstliyi ilə  pul qazanmağı düşünürlər”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları