Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-10 13:03:05
Elm sahəsində verilən məşhur mükafatlar - “Nobelin kiçik qardaşları”

Biz elm sahəsində təqdim olunan mükafatlardan  əsasən, Nobel mükafatını tanıyırıq. Bir neçə elm sahəsi üzrə hər il təqdim olunan Nobel dünyanın ən nüfuzlu mükafatlarından sayılır. Lakin siyahını təkcə Nobellə məhdudlaşdırmaq olmaz.

Elmi nailiyyətlərə görə alimlərə başqa  nüfuzlu beynəlxalq mükafatlar da  verilir ki, AzEDU.az onlardan bir neçəsi haqqında yazını təqdim edir:

Albert Eynşteyn adına Dünya Elm mükafatı  - Dünya Mədəniyyət Şurası tərəfindən elmi-texnoloji tədqiqat və inkişafa stimul olaraq verilir. Mükafatın əsas devizi bəşəriyyətə töhfə vermiş alimləri qiymətləndirməkdir. Bu nüfuzlu mükafata namizədlər Nobel laureatı olan tanınmış alimlərdən ibarət fənlərarası komitə tərəfindən seçilir.

Fildsov mükafatı -  Dünyanın nüfuzlu mükafatlarından olan Fildsov - riyaziyyat sahəsində böyük nailiyyətlər əldə edən elm xadimlərinə İspaniya kralı tərəfindən təqdim edilir. Dünyanın bir çox məşhur riyaziyyatçıları Fildsovu birbaşa kralın özündən hədiyyə olaraq alıblar. Mükafata sahib olan alim həmçinin, 200.000 dollar pul mükafatını qazanırlar;

Kral Faysal mükafatı - Ərəb  dünyasının nüfuzlu elmi mükafatıdır. Kral Faysal Fondu bu mükafatları 1976-cı ildən İslam dünyasına və İslama xidmət edən  şəxslərə, həmçinin, riyaziyyat, kimya, fizika, biologiya kimi elm sahələrində mühüm nailiyyətlər əldə edən   elm xadimləinə verir.

Dünyanın ən məşhur mükafatlarından biri olan Kral Faysal “Ərəb dünyasının Nobeli” hesab edilir. Mükafata əlyazması ilə sertfikat, 24 əyarlıq xatirə medalı, 200 qram qızıl medalyon ve 200 min dollar pul daxildir;

Turinq mükafatı - Müasir kompüter elminin  qurucularından sayılan Alan Turinqin xatirəsinə itfafən alimlərə verilir.  1966-cı ildən bəri hər il ACM tərəfindən informasiya dünyasına kömək edənlərə verilən mükafatdır. Ümumiyyətlə,  texnologiya dünyasının Nobeli olaraq xatırlanar;

Qeyd edək ki, mükafata adı verilən böyük alim Turinq nəzəri informatika elminin və süni zəkanın atası olaraq qəbul edilir. Mükafat məbləği  250.000 dollar dəyərindədir və maddi dəstəyini  Intel və Google şirkətləri təmin edir;

Wolf (Canavar) Fondu mükafatı -  Elm sahəsində ən mötəbər mükafatlardan biri sayılan Wolf (Canavar) Fondu Mükafatı alim və rəssamların töhfələrini tanıtmaq məqsədilə verilir. Beynəlxalq mükafat 6 sahə - kimya, riyaziyyat, tibb, fizika, kənd təsərrüfatı və incəsənət üzrə təqdim olunur;

Dan Devid mükafatı - Bu mükafat qərargahı Tel Əviv Universitetində yerləşən beynəlxalq elmi müəssisə tərəfindən elm və texnologiya sahələri daxil olmaqla, digər sahələr üzrə innovativ proqramları dəstəkləmək üçün təqdim olunur.

Elm sahəsində verilən mükafatlar bunlarla bitmir. Digərləri haqqında da qısaca da olsa danışaq:

Rolf Nevalni mükafatı  -  informatikanın riyazı aspektlərindəki böyük uğurlara görə verilir. Əsasən, riyaziyyatçılar, proqramçılar və İT mütəxəssisləri bu mükafata sahiblənirlər;

Karl Fridrix Qauss mükafatı -  digər elmlərdəki riyazi  kəşflər edənlərə, həmçinin,   riyaziyyat elmində əldə etdiiy töhfələrə görə, riyaziyyatçı və başqa sahə alimlərinə verilir;

Kraufurd mükafatı - mükafat astronomiya, riyaziyyat, bioloji elmlər və Yer haqqında elmlər üzrə qazanılan elmi nailiyyətlərə görə  verilir;

Abel mükafatı - riyaziyyatın inkişafına qazanılan töhfələrə  görə verilir. “Riyaziyyatın Nobeli”sayılır;

Şao İfu mükafatı – Asiyua zonasında  astronomiya, riyaziyyat, tibb sahəsində qazanılan elmi uğurlata görə verilir;

Mixail Lomonosov  adına böyük qızıl medal  — Rusiya Elmlər Akademiyasının məşhur dünya alimlərinə elmi uğurlarına görə verilən mükafatdır;

Hazırladı: Elmin Nuri