Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-24 13:57:00
“Disneyland”də “silah səsləri” vahimə yaratdı

Silah səsi çıxaran eskalator “Disneyland”də vahiməyə səbəb olub.

AzEdu.az xəbər verir ki, hadisə Fransanın paytaxtı Parisdə baş verib. 

Parisdəki “Disneyland”də eskalatorun mexanizmində yaranan nasazlıq səbəbindən silah səsinə bənzər səs-küy insanları təlaşlandırıb. Nə baş verdiyini anlamayan insanlar qaçmağa başlayıb.

“Disneyland” rəhbərliyi tərəfindən hadisə yerinə təcili olaraq hüquq-mühafizə orqanları cəlb edilib. Park müvəqqəti olaraq bağlanıb.

Qeyd edək ki, qaçan zaman bir neçə insan yüngül xəsarətlər alıb. (Oxu.az)