Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-08 12:01:41
Fransa təhsilindəki dəyişiklik etirazla qarşılandı

Fransada üç yaşından etibarən məcburi təhsilə keçid müzakirə olunur.

Fransada icbari təhsil yaşı altıdan üçə endirilib. Bundan sonra Fransada erkən uşaqlıq təhsilinin necə olacağı müzakirə predmetinə çevrilib. Ekspertlər uşaqların böyüklərdən daha sürətli öyrənmə qabiliyyətinə malik olub-olmadığı üzərində müzakirələr aparırlar. 

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron bununlsa bağlı mövqeyini bildirib. Onun sözlərinə görə, Fransanın gələcəyi təhsil sisteminin keyfiyyətindən asılıdır: “Artıq sentyabr ayından etibarən qanun qüvvəyə minir”.

Fransa mətbuatı yazıb ki, bu təcrübə fransız xalqı üçün yenilikdir. Yenilikləri əhatə edən islahatların bir hissəsi Fransanın yoxsul bölgələrindəki ailələrə uşaqlarını erkən yaşlarında məktəbə göndərmək imkanı verir. Məktəbdə yemək də pulsuz olacaq, uşaq bağçası məcburidir: “Uşaqların məktəbə erkən başlaması Fransa üçün bir üstünlük ola bilər. Lakin uşaqlar üçün də bu belədirmi?” bunu isə uşaq inkişafı üzrə mütəxəssis Brigitte Rollette bildirib.

O qeyd edib ki, hətta bir uşaq üçün məcburi təhsil yaşının az olmasının daha əlverişli olduğunu söyləmək olar: “Uşaqların çox gənc yaşda öyrənmə qabiliyyətlərini inkişaf etdirmək və uğur qazanmaq bacarığı onları ruhlandırar”-deyə o əlavə edib.

Nəzrin Cavid