Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-08 08:19:00
Müəllimlərini tapmaq üçün şəhər-şəhər gəzən qeyri-adi “şagird” - FOTO

Məktəb illəri əksər insanlar üçün unudulmaz hesab olunur. Amma bəziləri üçün hər şey bununla bitmir.

AzEdu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbulda yaşayan Dəniz Bulun, 23 il əvvəl dərs aldığı müəllimlərini tapmaq üçün bir neçə şəhəri gəzib.

O, İzmir, Balıkesir, Şanlıurfa, Tekirdağ, Bursa, Antalya və Ankaraya minlərlə kilometr yol qət edib. Dəniz, “vəfalı olmaq çox önəmlidir" – deyərək yola çıxıb.

Dəniz Bulun 1993-1994-cü illərdə İstanbul Faiq Somer Liseyində təhsil alıb. Aradan 23 il keçməsinə baxmayaraq, o, məktəb illərini heç vaxt unutmayıb. Dəniz  o illəri bu gün həyatının ən maraqlı anları kimi xatırlayır. Beləliklə, üç il öncə bütün məktəb işçilərini ziyarət etməyi qarşısına məqsəd qoyub və bu il işini tamamlayıb. İzmir, Balıkesir, Şanlıurfa, Tekirdağ, Bursa, Antalya, Ankara və məsafəsi kilometrlərlə uzaq  şəhər - kəndləri ziyarət edib. O, 47 müəllimə, direktora, o cümlədən məktəbin katibəsi və digər işçilərə baş çəkib.

Nəzrin Cavid

foto 2.jpg

foto 1.jpg

foto 3.jpg