Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-08 08:15:52
NASA ilk dəfə olaraq, yaşayan alimin adını kosmik cihaza verdi

NASA-nın 31 iyulda Günəşə göndərəcəyi kosmik aparat “Parker Solar Probe”nin son hazırlıq işləri tamamlanıb.

AzEdu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2024-cü ildə Günəşə 7 milyon kilometr məsəfayə qədər yaxınlaşması nəzərdə tutulan kosmik aparatın bir çox kəşflər etməsi hədəflənib.

Ən çox 1371 dərəcə istiyə dözə bilən bu qurğu atmosferi yoxlayaraq Günəşin necə isindiyinə dair məlumatlar toplayacaq. Eyni zamanda, 7 milyon km uzaqlıqda Günəşin ətrafında fırlanacaq və dünyadakı elm insanlarına informasiyalar göndərəcək.

Kosmik qurğu, “Günəşin plazma parçalarını bir külək kimi kosmosa saçdığı” haqqında teoremin müəllifi Eugene Parkerin adıyla adlandırılıb. Bu, NASA adına bir ilkdir. Belə ki, şirkət ilk dəfə kosmik aparata həyatda olan alimin adını verib.

Qeyd edək ki, NASA kiçik avtomobil böyüklüyündə olan kosmik aparatı ötən ay ictimaiyyətə təqdim edib.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları