Azedu.az

Şəhid  övladları peşə və elmi təhsil müəssisələrində pulsuz oxuyacaqlar 

Peşə təhsili-faydalı məlumat və xəbərlər

Elmi institut və təşkilatlar

13 Mart 2019, 11:58
Şəhid  övladları peşə və elmi təhsil müəssisələrində pulsuz oxuyacaqlar 

Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni güzəştlər verilir.

AzEdu.az-ın məlumatına görə, bu, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi bu gün Milli məclisin İnsan hüquqları komitəsində müzakirə edilib.

Dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində və elmi təşkilatlarda ödənişli formada təhsil alan şəhid ailəsi statusu almış ailənin üzvləri təhsil haqqını ödəməkdən azad ediləcəklər.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox