![](https://azedu.az/uploads/news/2018/04/turk_dunyasi.jpg)
Bu gün I Türk Şurası Universitet İdman Oyunlarının açılış mərasimi keçirilib.
AzEDU.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Türk Şurasının baş katibi Ramil Həsənov, iştirakçı ölkələrin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Mərasimdə əvvəlcə bədii kompozisiya nümayiş olunub. Türk xalqlarının simvolu olan Dədə Qorqud tanınmış tarixi sərkərdələri səhnəyə dəvət edib. Daha sonra Azərbaycanın xalq musiqiləri səsləndirilib, mahnılar ifa olunub. Həmçinin rəqs qrupları xüsusi səhnəciklər təqdim ediblər.
Açılış sözü ilə çıxış edən A.Rəhimov bildirib ki, müasir qloballaşan dünyada türk dünyasının birliyi böyük əhəmiyyət ksıb edir:
"Sevindirici haldır ki, türk dövlətlərinin dostluğu getdikcə möhkəmlənir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, XXI əsr türk dünyasının əsri olmalıdır. Bu işdə idman da öz tövhəsini verməlidir. Hazırda iştirakçısı olduğunuz Oyunlar bu baxımdan önəmlidir. Hər kəsə uğurlar arzulayıram".
R.Həsənov isə çıxış edərək, dörd qardaş ölkədən 400-ə yaxın insanın bir arada olmasından qürur hissi keçirdiklərini deyib:
"İlk Türk Şurası Universitet İdman Oyunlarına ev sahibliyi etməyimiz bizim üçün fəxrdir. İnanırıq ki, gələcəkdə iştirakçı ölkələrin sayı artacaq".
Daha sonra mərasim güləş yarışları ilə davam etdirilib.
Qeyd edək ki, futzal, voleybol, şahmat, stolüstü tennis, cüdo və güləş üzrə olacaq yarışlarda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistan idmançıları iştirak edirlər. Bağlanış mərasimi aprelin 9-da gerçəkləşəcək.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)