Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-09 11:48:00
“Son dəfə nə vaxt tamaşaya baxdığımı xatırlamıram” - Tələbələrin  teatr "sevgisi"

Müasir dövdə müxtəlif film texnologiyalarının inkişafı teatra olan marağın azalmasına səbb olub. Bəs gənclər necə? Onların teatra marağı nə yerdədir?

“Teatra sonuncu dəfə nə vaxt getdiyimi xatırlamıram” 

AzEdu.az gənclər arasında sorğu keçirərək onların teatra marağını araşdırıb:

Bakı Dövlət Universiteti, Filologiya fakültəsinin III kurs tələbəsi Xədicə Gülüyeva teatra tez-tez getdiyini, tamaşaya baxmağı isə çox sevdiyini deyir:

“İndiyə kimi çox tamaşada olmuşam. Ümumiyyətlə teatra getməyi çox sevirəm. Sonuncu dəfə teatrda təxminən bir ay əvvəl olmuşam. Səhv etmirəmsə “Cəhənnəm sakinləri” tamşası nümayiş etdirilirdi”.

Azərbaycan Dillər Universiteti Təhsil fakültəsinin II kurs tələbəsi Səbinə Cəbrayılova isə nə vaxt tamaşada olduğunu xatırlamır:

“İzlədiyim sonuncu tamaşa yadımda deyil. Düzünü desəm,o qədər də teatragedən deyiləm. Sonuncu dəfə nə vaxt teatrda olduğumu belə xatırlamıram”.

Şuşa Humanitar kolleci Fortopiano şöbəsində təhsil alan  IV kurs tələbəsi Alimə Mərdanova isə yalnız təhsil aldığı kollecdən göndərildiyi tamaşalara gedir:

“Sonuncu dəfə Şuşa haqqında olan tamaşada xorda iştirak etdim. Düzünü desəm, özüm teatra çox gedəm deyiləm. Yalnız təhsilimlə əlaqədar kollecdən apardıqları tamaşalara gedirəm”.

Polis Akademiyasının III kurs tələbəsi Cabbar İmamquluyev isə sonuncu dəfə VI sinifdə oxuyanda Yeni il tamaşasına gedib:

“Teatra gedən deyiləm. Sonuncu dəfə tamaşaya səhv etmirəmsə VI sinifdə, oxuyanda getmişdim. Ydımdadır, yeni il bayramı ilə bağlı kəndin Mədəniyyət mərkəzində teatr təşkil etmişdilər”.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin III kurs tələbəsi Pərvin Əliyev isə tez-tez olmasa da,  imkanı olduqca tamaşalara gedir:

“Teatra arada gedirəm. Düzdür, sonuncu dəfə nə vaxt getdiyim yadımda deyil. Amma izlədiyim son tamaşa Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri olub”.

Rəna Nəbi