Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-07 10:13:13
Azərbaycanda zəlzələ baş verən ərazilərin seysmik vəziyyəti açıqlandı  

Şamaxı, Ağsu və İsmayıllı rayonlarında baş vermiş zəlzələlərlə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli KİV nümayəndələri üçün mətbuat konfransı keçirib.

AzEdu.az xəbər verir ki, RSXM-in Zəlzələlərin tədqiqatı bürosunda baş tutan konfransda Q.Yetirmişli zəlzələ bölgəsinin seysmik vəziyyəti, baş verən təkanlardan sonra ərazidə aparılan müşahidələr və hazırki vəziyyətlə bağlı məlumatları açıqlayıb. O, zəlzələdən sonra 130-dan çox afterşokun qeydə alındığını, hazırda ərazidə prosesin davam etdiyini bildirib.

Baş direktor, həmçinin İsmayıllıdakı zəlzələlərin Bakıda hiss olunması məsələsinə də aydınlıq gətirib. Bakı şəhərinin geoloji quruluşunun mürəkkəb olduğunu qeyd edən alim son zəlzələnin Yasamal, Xətai və Nəsimi rayonlarının bəzi hissələrində zəif hiss olunduğunu deyib.

Qeyd edək ki, fevralın 5-də Şamaxı, Ağsu və İsmayıllı rayonlarında zəlzələ baş verib.