Azedu.az

Türkiyədə qəzaya düşən azərbaycanlı tələbə xəstəxanada öldü - FOTO  

Ali təhsil

5 Fevral 2019, 14:06
Türkiyədə qəzaya düşən azərbaycanlı tələbə xəstəxanada öldü - FOTO  

Türkiyənin Biləcik rayonunda yol qəzasında xəsarət alan azərbaycanlı tələbə dünyasını dəyişib.

AzEdu.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, Biləcik Dövlət Xəstəxanasına çatdırılan Azərbaycan vətəndaşı, 23 yaşlı Mirsani Seyidovun həyatını xilas etmək mümkün olmayıb.

Biləcik Şeyx Ədəbali Universitetinin Maşınqayırma mühəndisliyi fakültəsində təhsil alan M.Seyidov fevralın 14-də məzun olmaq üçün imtahan verəcəkdi.

Qeyd edək ki, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 10-dan çox şəxs yaralanıb. Qəza zamanı M.Seyidov avtobusda olub.

Rusiyadan ultimatum - Paşinyan qorxudan geri addım atdı
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox