Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-03 16:57:00
"Suallar olan ümidlərimi də öldürdü"-İştirakçıların sınaq təəssüratları

Bu gün magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçirilir.

Saat 11:00-da başlanan imtahan 13:30-da başa çatıb. İştirakçılara bu müddət ərzində cavablamaq üçün məntiq, informatika və xarici dilə aid test tapşırıqları təqdim olunub. İlk dəfə magistratura səviyyəsinə qəbulda dinləmə mətnlərindən istifadə olunub.

AzEdu.az sınaq iştirakçılarının imtahandan sonrakı təəssüratlarını təqdim edir:

İştirakçı Günel Süleymanlının sözlərinə görə, bundan əvvəl müxtəlif özəl kursların keçirdiyi sınaq imtahanında da iştirak edib və onlarla müqayisədə budəfəki imtahan sualları oqədər də çətinlik yaratmayıb:

“Əsas çətinliyin alman dilindən oldu. Suallar daha çox almanca danışıq texnikasına əsaslanırdı. Söz ehtiyatımın az olduğunu daha çox çalışmaq lazım olduğunu anladım.

Dinləmə mətnlərində çətinlik çəkdim. Fikrimcə, dinləmə materilları ilə bağlı namizədlərə daha tez məlumat verməli idilər. Üstəlik, dialoq şərtinin aramla müxtəlif dillərdə səsləndirilməsi vaxtımı aldı.

İnformatika sualları isə o qədər də çətin deyildi. Hətta deyərdim ki, asan tərtib olunmuşdu. Məntiq test tapşırıqları çətin olmsa da, az zaman ərzində bütün sualları cavablamaq güclü məntiq tələb edirdi. Vaxt çatdırmaq baxımından problem yaşadım”.

Digər iştirakçı Şəbnəm Hüseynova isə imtahan keçirilən binada qarderobun olmaması səbəbindən girişdə problem yaşadığını bildirib:

“Düzdür, imtahan binasına telefon, çanta gətirməməklə bağlı xəbərdarlıq edilmişdi. Amma yenə də çanta iləvə valideynsiz gələnlər üçün qarderob nəzərdə tutulmalı idi. Nəticədə üzərində çanta daşıyanları imtahana buraxmadılar. Məcburən çantalarımızı pul qarşılığında marketlərdən birinə təhvil veməli olduq. Girişdə bu səbəbdən biraz həyəcan keçirdim.

Amma ümumilikdə imtahan çox yaxşı təşkil olunmuşdu. Girişdə yoxlamalar, nəzarətçilər və s. -şəffalıq təmin edilmişdi. Suallara gəlincə isə danışmaq istəmirəm. Suallar olan ümidlərimi də öldürdü. Xüsusilə məntiqdə çox çətinlik çəkdim”.

Digər iştirakçı Yetər Kərimli isə bildirib ki, xarici dildən dinləmə mətni çox rahat tərtib olunub:

"Elə ilk onu yazdım. Sadəcə xarici dildən  iki mətn verilməsi adamı yorur. Çünki dinləmə testləri üçün olan mətndən əlavə sonda başqa bir mətnə əsaslanan teslər də olur. Ikinci mətn çox uzun idi və məni yordu. Heç oxuyub bitirə də bilmədim.

Informatika sualları rahat idi. Məntiq testlərinin isə təxmimi 60%-i asan olsa da, çətin suallar da vardı.

Ən narazı qaldığım məqam isə təşkilatçılıqla bağlı oldu. İçəri telefon, çanta keçirməyə icazə vermirlər. Amma binada bunların saxlanması üçün də heç bir yer yox idi. Əgər imtahana tək getmisənsə, əşyalarını hara qoyacağını bilmirsən. Elə dövrdür ki, telefonsuz kim çölə çıxır? Valideynin səninlə gəlməyibsə, belə çıxır ki, telefonunu küçədə qarşına çıxan ilk insana verməlisən. Telefonu tanımadığım vlideynə verib keçdim. Bu iradımı əməkdaşlara da bildirdim. Dedim ki,özünüz  bir qəpik pulunuzu tanımadığınnız adama etibar edərdiniz? Çantamda pul, telefon vardı. Buna gör də imtahan zamanı çantamla bağlı çox narahatlıq keçirdim".

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları