Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-31 15:03:00
AzTU-da “Gənclər Günü”nə həsr olunan tədbir keçirilib


Yanvarın 31-də Azərbaycan Texniki Universitetində (AzTU) “Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə iştirak edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov tələbələri “Gənclər Günü” münasibəti ilə təbrik edib və dövlətimizin gənclərə olan qayğısından söz açıb. Rektor əvəzi çıxışında ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən və ölkə gənclərinin qazandıqları uğurlardan danışıb.
Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin nümayəndəsi Mirzə Cəfərov, AzTU TGT-nın fəal üzvü Atəş Bayramov, THİ –nın fəalları Faiq Həsənov, Orxan Nəbiyev və digərləri çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, dövlətin gənclərlə bağlı siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramları yeniyetmələrin, gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açır. Bu gün Azərbaycan gəncləri Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhunda tərbiyə olunur.
Tədbirdə AzTU THİK tərəfindən tələbələrə, magistr və doktorantlara elmi-tədqiqat işlərində, universitetin ictimai işlərində göstərdiyi fəallıqlarına görə diplom və pul mükafatı təqdim olunub.
Qeyd edək ki, 2 fevral Gənclər Günü - 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsis olunub.