https://www.zirve.edu.az/
03.04.2018 06:23
Azərbaycanlı tələbələrin İtaliyada qazandığı əsas uğurlar - FOTOLAR

Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) təşkilatçılığı ilə Romada həyata keçirilən “Azərbaycanlı gənclərin İtaliya cəmiyyətinə və siyasi dairələrinə inteqrasiyası” layihəsi çərçivəsində yekun görüş keçirilib.

AzEDU Azərtac-a istinadən xəbər verir ki, AİGA-nın həmsədri Emin Rüstəmovun moderatorluğu ilə keçirilən görüşdə İtaliyada uzun illər yaşayan və bu ölkədə müəyyən karyeraya sahib olan həmvətənlərimiz azərbaycanlı tələbələrlə iş təcrübələrini bölüşüblər.

Sapienza Universitetinin magistri Məryəm Mehdiyeva İtaliyadakı fəaliyyətindən, qazandığı uğurlardan bəhs edib.

Uzun illərdir İtaliyada yaşayan Mirağa Ağayev bu ölkədə cəmiyyətə inteqrasiyanın üstünlükləri barədə danışıb.

İtaliyanın tanınmış “Itelcertifer” şirkətinin əməkdaşı Altay Cabbarov çalışdığı şirkətdə iş imkanları haqqında məlumat verib.

Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Erkin Heydərli AİGA–nın fəaliyyəti haqqında danışaraq belə layihələrin diaspor üçün əhəmiyyətini vurğulayıb.

Bir ay davam edən layihənin yekunu olaraq xüsusi fəallıq göstərmiş tələbələrə sertifikatlar təqdim edilib.

AİGA-nın sədri Fərid Abbasov bu cür layihələrin davamlı olacağını bildirib.

Layihənin başa çatmasına və AİGA-nın yaranmasının 5 illiyinə həsr olunmuş tədbir bədii proqramla davam edib.

15226816455547026017_1000x669.jpg

15226816454109437903_1000x669.jpg

15226816453779246934_1000x669.jpg