Azedu.az

Azərbaycanlı tələbə beynəlxalq müsabiqənin qalibi oldu

Universitetlər

31 Yanvar 2019, 09:00
Azərbaycanlı tələbə beynəlxalq müsabiqənin qalibi oldu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iqtisadiyyat və menecment fakültəsinin magistrantı İsgəndərbəy Hüseynov Rusiyada IV beynəlxalq intellektual rəqabət müsabiqəsində uğur qazanıb.

ADNSU-dan AzEdu.az-a bildiriblər ki, İsgəndərbəy Hüseynov “Neft-qaz sənayesində hasilatın azalmasının qarşısının alınmasında müasir innovativ texnologiyaların tətbiqinin riyazi metodla təyini” mövzusunda dissertasiya ilə yarışa qatılıb və birinci yerə layiq görülüb. Onun elmi rəhbəri dosent Kərim Kərimovdur.

Qeyd edək ki, beynəlxalq müsabiqəyə 569 universitetdən elmi iş təqdim olunub.

Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?
Son xəbərlərDaha çox